Rusiya Prezidenti Vladimir Putin Federal Məclisdəki son çıxışında Ukraynada müharibəni dayandırmaq fikrində olmadığını açıq şəkildə bildirdi.
BUTA.TV xəbər verir ki, bunu İspaniyanın müdafiə naziri Marqarita Robles deyib.
"O, sülh istəmədiyini vurğuladı. O, bu döyüşü uduzduğunu yaxşı bilir. Onun müharibəsi bitməyəcək və Rusiyanın yenilməz olması kimi tamamilə hədələyici bəyanatları onun bəşəriyyət üçün təhlükə olduğunu göstərir", - Robles bildirib.
O qeyd edib ki, məhz Putin danışıqlara getməyə qərar verməli olan ilk şəxsdir:
"Amma Putin dedi ki, sona qədər davam edəcək. Biz hamımız atəşkəs istəyirik, lakin Rusiya prezidenti, şübhəsiz ki, bu müharibəni davam etdirmək istədiyini çox açıq şəkildə bildirdi".
- Həbsdə olan güneyli milli fəalın vəziyyəti pisləşdi
- Tramp MKİ direktorunun Moskvaya səfərindən danışdı
- Nepalda daşqınlar: ölənlərin sayı 95-ə çatdı
- 1645-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
- Xamenenin öldüyünü düşünmürəm - Tramp
- Prezident ailəsinin səmimi - Fotosu
- ABŞ bundan heç nə qazanmayacaq - Pezeşkian
- Pezeşkianın qızı Mehriban Əliyevanı təbrik etdi