Rusiyanın mövcudluğu məsələsi Ukrayna cəbhəsində həll olunmur. Bu, bütün bəşər sivilizasiyasının qorunub saxlanması ilə sıx bağlıdır.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının rəhbərinin müavini Dmitri Medvedyev bildirib.
Onun sözlərinə görə, Qərb ölkələri Rusiyanı bitirmək istəkləri ilə sadəcə olaraq dünyanın əksər hissəsini yox etmək riskinə düşürlər.
Medvedyev vurğulayıb ki, sivil dünya SSRİ ilə etdiklərini Rusiya ilə təkrarlaya bilməyəcək. Siyasətçi hesab edir ki, Qərb hələ də bu aldadıcı illüziyalara inanır.
Medvedyev hesab edir ki, bu tektonik proseslərin səbəbləri 30 il əvvəl Sovet İttifaqı dağılanda yaranıb. Onun fikrincə, Qərb o zaman baş verənlərə “qalibin təkəbbürlü qıyıqlığı” ilə baxırdı, yalnız öz maraqlarını düşünürdü və Rusiyanı uçuruma aparmağa davam edirdi və bütün tərəfdaşlıq söhbətləri sadəcə maskadan ibarət idi.
Medvedyev etiraf edib ki, 90-cı illərdə rus siyasətçiləri təhlükənin öhdəsindən gələ bilməyiblər, nəticəsi isə ağır olub.
"Ağır günlər gəldi, insanlar sürətlə yoxsulluğa doğru getdi, sənayelər tənəzzülə uğradı, separatizm çiçəkləndi. 1993-cü ildə ölkə tam hüquqlu vətəndaş qarşıdurması ərəfəsində idi, lakin xalq müdriklik göstərdi və Rusiyadakı vəziyyətin "sarsılmasına" imkan vermədilər. İnanılmaz səylər bahasına Rusiya ən çətin dövrləri dəf etdi, iqtisadiyyatın və sosial sferanın bərpası ilə məşğul oldu, digər ölkələri özü ilə hesablaşmağa məcbur etdi", - Təhlükəsizlik Şurasının rəhbərinin müavini bildirib.
- Suriyada hücumun arxasında Türkiyə dayanır? - Atabəy
- Bakını hədəfə alan qız Türkiyədə elə sözlər dedi ki... - Foto
- Dudanın Azərbaycan sərhədinə gəlişi... - Markov
- Hədəfimiz Azərbaycandır: iki qardaş xalq... - İranlı nazir
- Ermənistan himnimizə də göz dikdi: "Üç rəngli..."
- Qərbin hücumu və Bakıda qırılan “100 milyard” tilsimi
- Bakının tələbi var, yoxsa demarkasiya olmayacaq - Sərkisyan
- Polşa səfiri XİN-ə çağırıldı