Paytaxtın ən çox tanınan və üz tutulan parklarından biri təmirə bağlanır. Oturacaqları qırılan, uşaqlar üçün ayrılan əyləncə məkanlarının, istirahət zonasının uzun müddət istifadədən dolayı qismən yararsız hala düşməsi barədə dəfələrlə məlumatlar yazılıb.
Nəhayət, Nərimanov parkında artıq təmir işlərinə başlanılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Oxu.az-a Nərimanov Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, Nərimanov rayonunun mərkəzi parkı hesab edilən Nərimanov adına istirahət parkında əsaslı təmir işlərinə başlanılır:
Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda - Fotolar - Yenilənib
“Aparılacaq əsaslı təmir işləri çərçivəsində parkda tamet-daş üzlüklərin dəyişilməsi, müasir oturacaqların quraşdırılması, fəvvarə meydanının yenidən qurulması, yeni yaşıllıq sahələrinin yaradılması nəzərdə tutulur. Eyni zamanda, parkın ərazisində yerləşən ictimai-iaşə obyektlərinin fasadlarının müasir üslubda təmiri, yeni işıq dirəkləri, eləcə də uşaqların, gənclərin, həmçinin yaşlı nəslin asudə vaxtlarının səmərəli, sağlam və əyləncəli keçirmələri üçün idman qurğularının quraşdırılması, uşaq meydançası və istirahət guşələrinin yaradılması da planlaşdırılıb. Qeyd edək ki, aparılacaq abadlıq və təmir işləri Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçiriləcək”.
- Bu gecə hər ikisi meydana çıxacaq
- Pensiya və müavinətlərlə bağlı mühüm xəbər
- Daha bir azərbaycanlı Ukraynada həlak oldu
- Xəstəliyi ilə bağlı bunları yazdı - “Heç nə kömək etmir...”
- Şamaxıda Ağsu çayı daşdı - İnsanlar yollarda qaldı-Video
- Hidayət Heydərov tənqidlərə tatamidə cavab verdi - “Bezdirmisiniz”-Foto
- İkinci qəbul imtahanı asan olacaq? - Nuri
- Berlin 260 minlik ordu qurur - “Könüllülər bəs etmir, məcburi olacaq”