Azərbaycanın Türkiyədəki səfirliyi və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) birgə təşkilatçılığı ilə Ankarada TADİV Şuşa Konfrans Mərkəzində “Kədərdə və taledə çiyin-çiyinə” adlı anım tədbiri təşkil edilib.
BUTA.TV xəbər verir ki, tədbir Xocalı soyqırımına və fevralın 6-da Türkiyədə baş vermiş dəhşətli zəlzələ qurbanlarının xatirəsinə həsr olunub.
Azərbaycanın və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlanan mərasimdə soyqırımı və zəlzələ qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Sonra TADİV rəhbəri professor Aygün Attar çıxış edərək bu tədbirin Azərbaycan və Türkiyənin bütün hallarda birlikdə və həmrəyliyinin göstəricisi olduğunu bildirib.
Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda - Fotolar - Yenilənib
Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Eldar Əliyev çıxışında Xocalı soyqırımının mahiyyətinə toxunaraq, bunun Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu bildirib. Səfirliyin müşaviri zəlzələ ilə bağlı danışaraq Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq ilk saatlardan etibarən Azərbaycanın Türkiyənin yardımına gəldiyini qeyd edib.
Azərbaycan Respublikası Milli Məclisinin deputatları Kəmaləddin Qafarov və Anar Məmmədov, türkiyəli deputat, Türkiyə - Azərbaycan dostluq qrupunun rəhbəri Şamil Ayrım, Ankara Universitetinin rektoru professor Nəcdət Ünüvar, Din İşləri Ali Şurasının sədri professor Abdurrahman Haçkalı çıxış edərək Xocalı soyqırımının bəşəriyyətə qarşı cinayət olduğunu vurğulayıblar.
Çıxış edənlər, həmçinin Türkiyədə baş vermiş zəlzələnin dağıdıcı miqyasından danışıblar və Azərbaycanın Türkiyəyə hərtərəfli dəstək verdiyini xüsusi qeyd ediblər.
Anım mərasiminin iştirakçıları Xocalı soyqırımı və əsrin fəlakəti olaraq səciyyələndirilən zəlzələ ilə bağlı filmləri izləyiblər və Xocalı soyqırımı haqqında sərgi ilə tanış olublar.
- Bu gecə hər ikisi meydana çıxacaq
- Pensiya və müavinətlərlə bağlı mühüm xəbər
- Daha bir azərbaycanlı Ukraynada həlak oldu
- Xəstəliyi ilə bağlı bunları yazdı - “Heç nə kömək etmir...”
- Şamaxıda Ağsu çayı daşdı - İnsanlar yollarda qaldı-Video
- Hidayət Heydərov tənqidlərə tatamidə cavab verdi - “Bezdirmisiniz”-Foto
- İkinci qəbul imtahanı asan olacaq? - Nuri
- Berlin 260 minlik ordu qurur - “Könüllülər bəs etmir, məcburi olacaq”