Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan qida məhsulları üzərində nəzarət tədbirlərini davam etdirir.
Agentlikdən BUTA.TV-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində İran İslam Respublikasından idxal edilən portağal məhsulu partiyalarına fitosanitar baxış keçirilib, məhsullardan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub.
Sınaq protokolları nəticəsində idxal olunmuş 1098 ton portağal məhsulunda (2023-cü ilin 1 yanvar - 23 fevral tarixləri) 54 halda karantin tətbiq edilən zərərli orqanizm - sitrus tristeza virusu (“citrus tristeza virus”) aşkarlanıb. Bu barədə İran İslam Respublikasının Milli Bitki Mühafizəsi Təşkilatına bildirişlər göndərilib və baş verən uyğunsuzluqların araşdırılaraq nəticəsi barədə məlumat verilməsi bildirilib. Lakin bu vaxtadək həmin məlumatlar təqdim edilməyib, portağal məhsulunun idxalında aşkarlanan uyğunsuzluqlar isə daha da intensivləşib. Bununla bağlı olaraq, AQTA bu istiqamətdə nəzarət tədbirlərini daha da gücləndirib və aidiyyəti üzrə tədbirlər həyata keçirilməkdədir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq tədbirlər görür.
Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda - Fotolar - Yenilənib
- Bu gecə hər ikisi meydana çıxacaq
- Pensiya və müavinətlərlə bağlı mühüm xəbər
- Daha bir azərbaycanlı Ukraynada həlak oldu
- Xəstəliyi ilə bağlı bunları yazdı - “Heç nə kömək etmir...”
- Şamaxıda Ağsu çayı daşdı - İnsanlar yollarda qaldı-Video
- Hidayət Heydərov tənqidlərə tatamidə cavab verdi - “Bezdirmisiniz”-Foto
- İkinci qəbul imtahanı asan olacaq? - Nuri
- Berlin 260 minlik ordu qurur - “Könüllülər bəs etmir, məcburi olacaq”