“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya qanununun 14-cü maddəsinə uyğun olaraq, Ombudsmanın ölkədə insan hüquqlarının qorunması haqqında 2022-ci il üzrə məruzəsi hazırlanıb.
Bu barədə BUTA.TV-a Ombudsman Aparatından məlumat verilib.
Cari il bitdikdən sonra 2 aydan gec olmayaraq Ombudsman illik məruzəni Azərbaycan Respublikasının Prezidentinə təqdim edir və həmin məruzə ilə Milli Məclis qarşısında çıxış edir.
İllik məruzə, eyni zamanda Nazirlər Kabinetinə, Konstitusiya Məhkəməsinə, Ali Məhkəməyə və Baş prokurora göndərilir.
İnsan hüquqları üzrə müvəkkilin məruzəsi Konstitusiya Qanunu ilə müəyyən edilmiş qaydada 2023-cü ilin 27 fevral tarixində Azərbaycan Respublikasının Prezidentinə təqdim edilib, müvafiq dövlət qurumlarına göndərilib.
2022-ci il üzrə məruzədə Ombudsmanın Azərbaycan Respublikasının Konstitusiyasında və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi, insan hüquqları pozuntularının qarşısının alınması sahəsində fəaliyyəti, hüquqi maarifləndirmə və elmi-analitik işin nəticələri, ictimaiyyətlə və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığı, beynəlxalq əlaqələri, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə yönəlmiş təklif və tövsiyələri öz əksini tapıb.
Məruzə Milli Məclisdə dinlənildikdən sonra geniş ictimaiyyətin tanış olması üçün mətbuat orqanlarında dərc ediləcək.
- Cəmi 1 AZN-lə bu axşam “Nar”dan avtomobilə sahib ol!
- Göyçədəki yanğın Tavuşun sərhədinə çatdı
- Kamran Əliyev həmkarını Bakıya dəvət etdi
- Üç nəfərin öldüyü yanğınla bağlı klinikanın direktoru həbs olundu
- Azərbaycan və Türkiyə GİA-ya rəhbərlik edəcək - AB
- Şəhid ailələri üçün olan binadan Əli Həsənova ev verilib
- "Söyüş blogerləri"nin sponsoru Adnan imiş - Senasion iddia
- Trampın 28 bəndlik planında yeganə qalib: Qazanan kimdir?