Avropada yaşayan Güney azərbaycanlıların aksiyasına hazırlıqlar tam gücü ilə davam edir. Martın 25-də Brüsseldə keçirilməsi nəzərdə tutulan tədbirin Koordinasiya Mərkəzi bəzi işlərlə bağlı yekun rəyə gəlib. Belə ki, Saleh Kamrani və Şərifə Cəfəri Mərkəzin sözçüsü seçilib.
Bu barədə BUTA.TV-a Mərkəzin Meda qrupunun üzvü Qadir Cəliloğlu məlumat verib.
Bildirib ki, yürüşün “Azadlıq, ədalət” adı altında keçirilməsi planlaşdırılır.
“Maliyyə, logistika və media qrupları yaradılıb. Bu tərkibdə yer alanlar aksiya üçün iznalma prosesi, soydaşlarımızın Brüsselə gətirilməsi, platformaları hazırlamaq, afişanın dizaynı kimi ciddi hazırlıqlara başlayıb. Avropanın müxtəlif şəhərlərindən soydaşlarımızın Brüsselə gəlməsinə yardımçı olacaq könüllülər lazımdır. Maddi dəstək toplamaq üçün soydaşlarımızın iştirakına açığıq.
Əgər icazə ala bilməsək, başqa şəhər də nəzərdə tutulub. Aksiya ilə maraqlananlar çoxdur, Azərbaycan Respublikasından olan soydaşlarımızın da diqqətini çəkib. Onlar da şəxsi olaraq dəstəklərini göstərirlər”.
Qeyd edək ki, BUTA.TV aksiyanın media dəstəkçisidir.
- Bu gecə hər ikisi meydana çıxacaq
- Pensiya və müavinətlərlə bağlı mühüm xəbər
- Daha bir azərbaycanlı Ukraynada həlak oldu
- Xəstəliyi ilə bağlı bunları yazdı - “Heç nə kömək etmir...”
- Şamaxıda Ağsu çayı daşdı - İnsanlar yollarda qaldı-Video
- Hidayət Heydərov tənqidlərə tatamidə cavab verdi - “Bezdirmisiniz”-Foto
- İkinci qəbul imtahanı asan olacaq? - Nuri
- Berlin 260 minlik ordu qurur - “Könüllülər bəs etmir, məcburi olacaq”