Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin dumanlı hava şəraitinin müşahidə edilməsi ilə əlaqədar olaraq yük daşımaları ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edib.
BUTA.TV müraciətin mətnini təqdim edir:
"BDYPİ tərəfindən nəqliyyat vasitələri ilə normadan artıq yük daşınması hallarının qanunvericilyə zidd olması ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müşahidələr göstərir ki, bəzi sürücülər tərəfindən analoji qayda pozuntularına yol verilməsi hallarına hələ də rast gəlinir.
Normadan artıq, eyni zamanda düzgün qablaşdırılmamış yüklərin daşınması digər yol hərəkəti iştirakçılarının həyat və sağlamlığı üçün təhlükə yaratmaqla yanaşı, asfalt örtüklü yolların da istifadəyə yararlılıq müddətini azaldır, deformasiyaya uğramasına səbəb olur.
Bu və digər məqamları nəzərə almaqla, bir daha yük daşımaları ilə məşğul olan hüquqi və fiziki şəxslərin diqqətinə çatdırırıq ki, təyinatından asılı olmayaraq, istənilən yük Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş, kütlə hədlərindən artıq olmamalıdır. Eləcə də dumanlı hava şəraitinin müşahidə olunması ilə bağlı yollarda görünüş məsafəsi məhdudlaşdığından dağıla bilən yüklərin qablaşdırılmasına xüsusi diqqət yetirilməlidir. Əks təqdirdə həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görüləcəkdir".
- Pezeşkianın qızı Mehriban Əliyevanı təbrik etdi
- Rusiya daha iki kəndi işğal etdi
- Maşında yanaraq ölən Əfqan 6 ay əvvəl evlənibmiş - Fotolar
- Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunda - Fotolar
- Bu ölkələr Ukraynaya HHM sistemləri verir - Razılaşma
- İmzaların ardınca daha bir özbək qolu - Səfər davam edir
- Mehriban Əliyeva qızları ilə açılışda - Fotolar - Yenilənib
- Macarıstanın yeni hökuməti Rusiyanı təhdid adlandırdı