Mədəniyyət sahəsində instutisional islahatların aparılmasına çox ciddi ehtiyac var.
BUTA.TV xəbər verir ki, bunu mədəniyyət naziri vəzifəsini müvəqqəti icra edən, mədəniyyət nazirinin birinci müavini Adil Kərimli bu gün Milli Məclisdə keçirilən dinləmələrdə deyib.
"Problemin kökü ondadır ki, uzun illərdir mədəniyyət sahəsində fəaliyyət tədbirçilik üzərində qurulub, fundamental və instutisional yanaşmalaradan istifadə edilməyib. Bu sahədə boşluqları müəyyən etdiyimiz əsas məqamlardan biri budur”, - deyə o əlavə edib.
A.Kərimli vurğulayıb ki, bu sahədə ciddi islahatlara başlamaq vaxtıdır:
“Bu sahədə boşluq da var. Bizi bu sahədə motivasiya edən, daha da fəallaşdıran məqam ondan ibarətdir ki, Azərbaycan mədəniyyəti çox dəyərli incəsənət xadimləri, mədəniyyət sahəsində mövcud olan dəyərli insanlarımızın fəaliyəti ilə daim məzmun qazanıb, mədəniyyətimizin zəngin tərəfləri istər ölkə daxilində, istərsə də xaricdə təqdim edilib", - deyə A.Kərimli qeyd edib.
- İmzaların ardınca daha bir özbək qolu - Səfər davam edir
- Mehriban Əliyeva qızı ilə açılışda - Fotolar
- Macarıstanın yeni hökuməti Rusiyanı təhdid adlandırdı
- Əsgər ölümü: Ermənistanda qərargah rəisi saxlanıldı
- “Hörmətli sürücülər, bu lənətə gəlmiş vərdişdən uzaq durun!”
- Xəzər dənizi geri çəkildi, yeni ada yarandı - Foto
- Putin və Şara arasında telefon danışığı baş tutdu
- Onların şərabı erməni şərabından daha yaxşıdır - Volodin