Azərbaycan üçtərəfli bəyanatların prinsiplərinə tam riayət edilməsinin tərəfdarıdır.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Xankəndi-Laçın yolunda etirazların əsas səbəbi Ermənistanın üçtərəfli bəyanatın bəndlərini, yəni humanitar məsələlərlə bağlı bəndləri pozması olub: “Etirazlar başlayanda isə Ermənistan bununla və yol təhlükəsizliyi məsələsi ilə heç bir əlaqəsi olmadığını bəyan edərək, bütün məsuliyyəti Azərbaycan və Rusiyanın üzərinə atmağa çalışırdı”.
Nazir qeyd edib ki, Ermənistan paralel olaraq yolda vəziyyətlə bağlı təhrif olunmuş məlumatları fəal şəkildə təbliğ edir və bu vəziyyət ətrafında ajiotaj yaratmağa çalışır, eyni zamanda bu məsələ ilə bağlı danışıqlardan imtina edir:
“Azərbaycan yolda baş verən etirazların Qarabağda yaşayan ermənilər üçün hər hansı humanitar nəticələrə səbəb olmaması üçün əlindən gələni edir. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan üçtərəfli bəyanatlara və digər razılaşmalara tam əməl etmək mövqeyindədir”.
- Bu ölkələr Ukraynaya HHM sistemləri verir - Razılaşma
- İmzaların ardınca daha bir özbək qolu - Səfər davam edir
- Mehriban Əliyeva qızı ilə açılışda - Fotolar
- Macarıstanın yeni hökuməti Rusiyanı təhdid adlandırdı
- Əsgər ölümü: Ermənistanda qərargah rəisi saxlanıldı
- “Hörmətli sürücülər, bu lənətə gəlmiş vərdişdən uzaq durun!”
- Xəzər dənizi geri çəkildi, yeni ada yarandı - Foto
- Putin və Şara arasında telefon danışığı baş tutdu