Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə müzakirələrdə Rusiyanın rolu var. Çünki Qarabağda rus sülhməramlıları yerləşdirilib. Amma mən Moskvadan gələn əsəbi reaksiyaları şişirdilmiş hesab edirəm, bunlar emosional reaksiyalardır. Onlar daha təmkinli olmalı, vəziyyəti başa düşməlidirlər. Axı Ermənistanın öz maraqları, təhlükəsizlik problemləri var. Bu, onların istəklərindən, qısqanclığından asılı olmayaraq həll edilməlidir.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
Lavrovun Rusiyanın digər dövlətlərin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına yönəlmiş səylərini alqışladığı barədə bəyanatına toxunan Simonyan deyib:
“Sual ondadır ki, Rusiya bu problemi həll etməli idi. Onlar bizim təhlükəsizliyimizin, ərazi bütövlüyümüzün təminatçısı olublar. Burada Rusiyanın hərbi bazası var. Bizim ikitərəfli razılaşmalarımız da bu vəziyyətə yönəlib. Hardasan, niyə daha fəal iştirak etmədin? Əgər bacarmırsansa, o zaman bunu ictimaiyyətə bəyan etməlisiniz. Oturub birlikdə müzakirə etməli və vəziyyətdən çıxış yollarını axtarmalısınız”.
- Pezeşkianın qızı Mehriban Əliyevanı təbrik etdi
- Rusiya daha iki kəndi işğal etdi
- Maşında yanaraq ölən Əfqan 6 ay əvvəl evlənibmiş - Fotolar
- Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunda - Fotolar
- Bu ölkələr Ukraynaya HHM sistemləri verir - Razılaşma
- İmzaların ardınca daha bir özbək qolu - Səfər davam edir
- Mehriban Əliyeva qızları ilə açılışda - Fotolar - Yenilənib
- Macarıstanın yeni hökuməti Rusiyanı təhdid adlandırdı