Ermənistan ətrafında son dərəcə təhlükəli proseslər gedir. Bu da fəlakətə gətirib çıxara bilər. Azərbaycanda, Rusiyada, İranda və Qərbdə həyəcanlı bəyanatlar verilir.
BUTA.TV xəbər verir ki, bunu erməni eksperti Vaqe Ohannisyan deyib.
“Bu prosesi dayandırmaq lazımdır və belə fürsət var. Paşinyan Ermənistan adından sülh müqaviləsi prosesinə qarışaraq Qərbi təminat və vasitəçi seçdi. Nikol öz xalqına sülh sözünü daxildə satır, ölkədən kənarda isə antirusiya koalisiyasına qoşulub. Paşinyan ölkəni təkbaşına ona məlum olan yolla aparır, lakin bu, yalnız alternativ məzmun, gündəm və liderlik böhranı şəraitində mümkündür. Xalqa izah edilmir ki, hakimiyyətin təklif etdiyi sülhün alternativi var və bu, müharibə deyil. Qarabağı versək, bu, Ermənistanın sonu olacaq. Laçın yolunun Qarabağ “problemi” kimi texniki həlli yoxdur. Problem siyasi sahədədir, ona görə də Ermənistan elə yeni ideyalar irəli sürməlidir ki, bu həm Rusiya, həm də Qərb üçün başadüşülən olsun”, - o bildirib.
- Bu, insanlar üçün davamlı təhlükədir - PA rəsmisi
- Bakı qazı Suriyanın iqtisadi bərpasının təminatıdır - Səfir
- Zəngəzur anlaşması: İlham Əliyev tələb etdi, İrəvan razılaşdı
- Sabah Bakıda İsrail və Suriya rəsmiləri görüşəcək
- ABŞ diplomatı Şəhidlər xiyabanında - Foto
- Şlyapa Zahidə hökm oxundu
- Kiyev Moskva ilə Bakı arasında təxribat törətməyə hazırlaşır
- Qusmanın dövlət mükafatları ləğv edilsin - Mironov