Xarici valyutada qiymətli kağızların Azərbaycana gətirilməsi və ölkədən çıxarılması halları müəyyənləşdirilib.
BUTA.TV xəbər verir ki, bununla bağlı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın Azərbaycana gətirilməsi və çıxarılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2016-cı il 3 mart tarixli qərarına dəyişikliyi təsdiq edib.
Dəyişikliklərə əsasən, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər xarici valyuta ilə yanaşı, xarici valyutada qiymətli kağızları da nominal məbləğindən asılı olmayaraq gömrük prosedurlarına əməl etməklə məhdudiyyət olmadan Azərbaycan Respublikasına gətirə bilərlər.
Bundan başqa, 10 min ABŞ dolları ekvivalentinədək olan nağd xarici valyutanı, habelə xarici valyutada qiymətli kağızları gömrük orqanında şifahi formada bəyan etməklə Azərbaycandan çıxarıla bilər. Həmçinin 10 min ABŞ dolları ekvivalentindən çox olan xarici valyutada qiymətli kağızların əvvəllər Azərbaycan Respublikasına gətirilməsini təsdiq edən gömrük sənədlərini və yazılı formada bəyannaməni gömrük orqanına təqdim etməklə ölkədən çıxarıla bilər.
Xarici valyutada olan qiymətli kağızlarla bağlı bu Qaydaların tələbləri çeklərə və digər ödəniş sənədlərinə də şamil edilir.
AMB-nin Hüquq Departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.
- Əbu-Dabi görüşünə Rusiyadan daha bir reaksiya
- İranda yeni proses: federasiya yaranır, Təbriz paytaxt olur...
- İrəvandan Əliyev-Paşinyan görüşü barədə yeni açıqlama
- Prezidentdən BƏƏ səfəri ilə bağlı paylaşım - Video
- Əliyev və Paşinyanın 5 saatlıq görüşündən çıxan nəticə
- Əbu-Dabidəki görüşün 5 saat çəkməsi o deməkdir ki... - Politoloq
- Rusiyanın kamikadze dronu səfirliyimizin yaxınlığına düşdü - Foto
- Qafqazda nə baş verir? - Rus mediası isterikaya düşdü