Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Biləsuvar-Bəhrəmtəpə yolunun 3-cü kilometrliyində fəaliyyət göstərən 45 nömrəli Yol İstismarı MMC-yə məxsus asfalt-beton zavodundan havaya normadan artıq tullantı atıldığı müəyyən edilib.
BUTA.TV-ın məlumatına görə, xidmət rəisi Hikmət Əlizadə bildirib ki, araşdırma zamanı zavodda havaya atılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurğunun olmasına baxmayaraq, onlardan istifadə edilmədiyi məlum olub.
“Faktla bağlı zavodun direktoru Qədir Əskərov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 3500 manat məbləğində cərimələnib. Nöqsanların qısa zamanda aradan qaldırılması üçün zavodun rəhbərliyinə məcburi göstəriş verilib”.
- “Hörmətli sürücülər, bu lənətə gəlmiş “qaçırmaq” vərdişi”ndən uzaq durun!”
- Xəzər dənizi geri çəkildi, yeni ada yarandı - Foto
- Putin və Şara arasında telefon danışığı baş tutdu
- Onların şərabı erməni şərabından daha yaxşıdır - Volodin
- Kremldən Köçəryanın saxlanılmasına - Reaksiya
- Pezeşkian və Putin Bişkekdə görüşəcək
- Rusiya və Ukrayna arasında əsir mübadiləsi baş tutdu
- Polad Bülbüloğludan evlilik xəbərinə - Reaksiya