Finlandiya Rusiya ilə sərhəddə inşa edəcəyi səddin üç kilometrlik sınaq hissəsinin tikintisinə başlayıb.
BUTA.TV xəbər verir ki, tikinti işləri fevralın 27-də İmatra sərhəd-keçid məntəqəsi rayonunda start götürüb.
Sınaq zamanı səddin qış temperaturuna və qar kütləsinə, həmçinin Rusiyadan mümkün insan axınına tab gətirib-gətirməyəcəyi yoxlanılacaq. Respublikanın hakimiyyət orqanları inşası 2023-cü ildə başa çatacaq səddin tikintisinə 6 milyon avro ayırıb.
Finlandiya Rusiya ilə 1300 kilometrlik sərhədə malikdir. İki-üç il ərzində sərhədin 10-20 faizində texniki nəzarət sistemləri ilə təchiz olunan səddin inşasını planlaşdırır.
- Bakı-Qazax yolunda ağır qəza: yük maşını aşdı - Video
- Bakının bu rayonunda altı saat işıq olmayacaq
- Təbrizdə iki məhbus edam edildi
- Qarlı Kəlbəcərdən möhtəşəm görüntülər - Video
- Xaricdə təqaüdlə təhsil almaq istəyənlərin nəzərinə
- Azərbaycanda bəzi ailələrə pulsuz ev veriləcək
- Pensiyalar artımla ödənildi
- Bakıda mebel sexi bağlandı - Foto