Azərbaycan və Kuba xalqlarının azadlıq uğrunda mübarizlik əzmləri oxşar cəhətlərdəndir. Xalqımız işğal və təcavüzlə heç zaman barışmayıb, öz torpaqlarını 30 ilə yaxın davam edən işğaldan azad edib.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Kuba Respublikasının vitse-prezidenti Salvador Antonio Valdes Mesanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
Dövlətimizin başçısı Kuba xalqının azadlıq uğrunda mübarizədə bütün məhrumiyyətlərə dözdüyünü dünyaya sübut etdiyini bildirib. Azərbaycan Prezidenti qeyd edib ki, bizim Qələbəmizdə də Kuba xalqında olduğu kimi, mübarizlik hissi mühüm rol oynayıb və bu oxşarlıq xalqlarımızı bir-birinə daha da bağlayır.
- Xəzər dənizi geri çəkildi, yeni ada yarandı - Foto
- Putin və Şara arasında telefon danışığı baş tutdu
- Onların şərabı erməni şərabından daha yaxşıdır - Volodin
- Kremldən Köçəryanın saxlanılmasına - Reaksiya
- Pezeşkian və Putin Bişkekdə görüşəcək
- Rusiya və Ukrayna arasında əsir mübadiləsi baş tutdu
- Polad Bülbüloğludan evlilik xəbərinə - Reaksiya
- İrəvanın AB üzvlüyünə hazırlığı ciddi risklər yaradır - Rusiya