Ermənistan-Azərbaycan sülh danışıqlarının onlayn mühitə keçməsi o deməkdir ki, saziş artıq hazırdır, texniki məsələlər yeni formatda razılaşdırılır.
BUTA.TV xəbər verir ki, bunu beynəlxalq münasibətlər üzrə erməni eksperti Qriqor Balasanyan Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovun “Ermənistanla onlayn diplomatiya mərhələsindəyik” bəyanatını şərh edərkən deyib.
“Yəni bu müqavilə artıq hazırdır, lakin bu barədə cəmiyyətə məlumat verilməyib. Sual yaranır: belə bir razılaşmanın yekun variantı var, ya yox? İkincisi, əsas variant kimi hansı sənəd seçilir: Vaşinqton, yoxsa Moskva? Ən əsası bundan asılı olacaq, çünki Qarabağ məsələsi necə həll olunacağı buna bağlıdır. 2018-ci ildən (“məxməri inqilab”dan sonra – red.) virtual məkan vasitəsilə idarəetmə bütövlükdə Ermənistan hakimiyyəti üçün kifayət qədər xarakterikdir. Lakin Ermənistan-Azərbaycan münasibətlərinin həlli, Qarabağ məsələsi kimi ciddi proseslərin onlayn məkana daşınması qeyri-ciddi addımdır. Azərbaycana gəlincə, bu ölkə bu gün aparıcı qüvvə nöqteyi-nəzərindən çıxış edir. Ona görə də öz mövqeyini istənilən formatda çatdırmağa çalışacaq. Görünür, erməni tərəfi danışıqlar aparmır, sadəcə olaraq, Azərbaycan tərəfinin göstərişlərini mütəmadi olaraq yerinə yetirir. Və onun bu göstərişləri necə - onlayn, oflayn, birbaşa və ya dolayı danışıqlar yolu ilə alması önəmli deyil. Proses ona doğru gedir ki, danışıqların sonudur və buna görə də birbaşa söhbət və görüş təşkil etməyin mənası yoxdur”, - o bildirib.
Balasanyan vurğulayıb ki, Bakı və İrəvanı sülhə “tələsdirən” Qərbdir:
“Bunun Cənubi Qafqazda hansı nəticələrə gətirib çıxaracağı Qərb üçün ikinci dərəcəli məsələdir. Düşünmürəm ki, "tələsik" imzalanan saziş uzun ömürlü olsun. Qorxuram ki, bu saziş daha da böyük bir qanlı müharibəyə səbəb ola bilər”.
- Fransanın ölkəmizdəki səfirinin diplomatik fəaliyyəti başa çatdı
- Bakı qarşısında belə bir öhdəlik götürməmişik - Mirzoyan
- Əliyevin məktubu oxunanda Sərkisyan başını aşağı saldı...
- Ölkəmiz regional orta güc dövlətinə çevrilib - Bayramov
- Ermənistanı anlatmaq üçün çox vaxt və səy sərf etdik... - Prezident
- Təbrizdə 24 yaşlı qadın edam edildi
- Digər ölkələri qazla təchiz edə bilərik - İlham Əliyev
- O, mənim kimi eyni qanı daşıyır - Prezident