Bu gün Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib.
BUTA.TV Oxu.az-a istinadən məsul şəxsin dosyesini təqdim edir.
Ramin Ələmşah oğlu Məmmədov 17 fevral 1979-cu il tarixində Ağdərə şəhərində doğulub. O, Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini bitirib. Ardınca o, Beynəlxalq münasibətlər ixtisası üzrə magistr pilləsini bitirib.
Ramin Məmmədov 2001-ci ildən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində mütəxəssis, 2002-ci ildən Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində mütəxəssis, sədrin köməkçisi, şöbə müdiri işləyib.
Deputat 2009-16-cı illərdə Diasporla İş üzrə Dövlət Komitəsində sədrin köməkçisi, aparat rəhbərinin müavini vəzifələrində çalışıb. R.Məmmədov deputat seçildiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 9 mart 2020-ci il sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini vəzifəsindən azad olunub.
Hazırda R.Məmmədov Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür.
O, həmçinin Azərbaycan-Tailand parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Çin, Fransa, İsrail, İtaliya, Koreya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Ramin Məmmədov Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin, Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsinin də üzvüdür.
Deputat “Dövlət qulluğunda fərqlənməyə görə” və “Tərəqqi” medalları ilə təltif olunub.
İngilis və rus dillərini bilir. Evlidir, bir övladı var.
- Kremldən Köçəryanın saxlanılmasına - Reaksiya
- Pezeşkian və Putin Bişkekdə görüşəcək
- Rusiya və Ukrayna arasında əsir mübadiləsi baş tutdu
- Polad Bülbüloğludan evlilik xəbərinə - Reaksiya
- İrəvanın AB üzvlüyünə hazırlığı ciddi risklər yaradır - Rusiya
- Mask 100 milyard dollara yeni kosmik liman tikir
- Ümid edirəm ki, Köçəryana görə Moskvadan zəng gəlməyəcək
- Bakıda kişi sevgilisini aldadıb 235 min manat aldı - Dubaya qaçdı