Argentina millisinin baş məşqçisi Lionel Skaloni daha üç il yığmaya rəhbərlik edəcək.
BUTA.TV xəbər verir ki, Argentina Futbol Federasiyası Skaloni ilə müqavilənin müddətini 2026-cı ilədək uzadıb. Təcrübəli çalışdırıcı növbəti mundialda da komandanın sükanı arxasında olacaq.
Fəaliyyət müddəti ərzində Argentina millisi ilə 2021-ci ildə Amerika kubokunu, 2022-ci ildə isə “Finalissimo” və dünya çempionatının qalibi olan Skaloni, eyni zamanda, yığmanın 36 oyunluq məğlubiyyətsiz seriya ilə ölkə futbol tarixində rekord nəticələr qazanıb.
- Kremldən Köçəryanın saxlanılmasına - Reaksiya
- Pezeşkian və Putin Bişkekdə görüşəcək
- Rusiya və Ukrayna arasında əsir mübadiləsi baş tutdu
- Polad Bülbüloğludan evlilik xəbərinə - Reaksiya
- İrəvanın AB üzvlüyünə hazırlığı ciddi risklər yaradır - Rusiya
- Mask 100 milyard dollara yeni kosmik liman tikir
- Ümid edirəm ki, Köçəryana görə Moskvadan zəng gəlməyəcək
- Bakıda kişi sevgilisini aldadıb 235 min manat aldı - Dubaya qaçdı