Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrinin növbəti qrupu bu gün təyyarə ilə Adana hava limanından Bakı şəhərinə yola düşüb.
Bu barədə BUTA.TV-a nazirlikdən məlumat verilib.
Qüvvələri hava limanından İmamoğlu rayonunun rəhbəri Mehmet Aksu, Türkiyə Respublikasının Xarici İşlər Nazirliyindən fövqəladə və səlahiyyətli səfir Ayşe Saraç və Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) nümayəndəsi Cumhur Özkaptan yola salıblar.
Türkiyəli rəsmilər Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrinin hadisə bölgəsindəki fəaliyyətlərini yüksək peşəkarlıqla həyata keçirdiklərini qeyd edib, xilasedicilərin dağıntılar altında qalmış insanların xilas olunması üçün böyük fədakarlıq göstərdiklərini bildiriblər.
Rəsmilər göstərilən dəstəyə görə Azərbaycan dövləti və xalqına təşəkkür ediblər.
- DTX tərəfindən saxlanılan şəxslərə hökm oxundu
- Ermənistanda türk dilində danışdığım üçün döyüldüm... - Foto
- Bu halda şəxsin unudulmaq hüququ yarana bilər
- Bakıda 2 gün güclü külək əsəcək – Xəbərdarlıq
- Aeroport yolu bağlanır: DYP-dən daha bir müraciət – Foto
- Azərbaycanda elektron tiarətlə bağlı yeni qayda müəyyən edilir
- Rəqəmsallaşma ölkənin inkişaf modelinin əsas dayağıdır
- İH aydınlıq gətirdi: "Göyərçin" abidəsinin yanında ağacların kəsilməsi...