Bryansk vilayətində terrorçuların məhv edilməsi üçün tədbirlər görülür.
BUTA.TV xəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov deyib.
“Hazırda terrorçuların məhv edilməsi üçün tədbirlər görülür. Beynəlxalq aləmdə isə biz bu insanların törətdiyi terror aktlarına diqqət yetirmişik və dünya ictimaiyyətinin diqqətini cəlb etmişik və edəcəyik”, - Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin FTX rəhbərindən, müdafiə nazirindən, Milli Qvardiyanın rəisindən və Bryansk vilayətinin qubernatorundan məsələ ilə bağlı daimi hesabatlar alır.
- ABŞ İrana hücum etməyəcək, planı budur...
- Sərkisyanın ölkədən çıxışına qadağa qoyuldu
- MKİ direktoru Putini təhdid edib: Cavab sərt olacaq...
- Tramp Səudiyyə ilə nüvə sazişini Konqresə göndərdi
- Ən yaşlı və ən gənc tələbə onlar oldu - Foto
- Zelenski İlon Maskı təltif etdi
- Türkiyədə zəlzələ oldu
- 1645-ci gün: Rusiyanın itkiləri yeniləndi