Vətən müharibəsi başa çatandan Azərbaycanın 300-dək vətəndaşı mina partlaması səbəbindən həlak olub və ya yaralanıb.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösini qəbul edən zaman deyib.
Azərbaycanın böyükmiqyaslı mina problemi ilə üzləşdiyini, müharibənin başa çatmasından sonra - 2020-ci il noyabrın 10-dan indiyədək 300-ə yaxın vətəndaşımızın mina partlaması səbəbindən həlak olduğunu və ya yaralandığını bildirən dövlət başçısı hazırda Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirdiyini diqqətə çatdırıb. Prezident İlham Əliyev ölkəmizin minatəmizləmə üzrə yeni Dayanıqlı İnkişaf Məqsədinin təsis edilməsi təşəbbüsü ilə çıxış etdiyini, BMT çərçivəsində də bununla bağlı müzakirələrin aparılmasının vacibliyi vurğulayıb, BMT-nin ali orqanlarında islahatların aparılması məsələsinə toxunub.
- Ermənistanda türk dilində danışdığım üçün döyüldüm... - Foto
- Bu halda şəxsin unudulmaq hüququ yarana bilər
- Bakıda 2 gün güclü külək əsəcək – Xəbərdarlıq
- Aeroport yolu bağlanır: DYP-dən daha bir müraciət – Foto
- Azərbaycanda elektron tiarətlə bağlı yeni qayda müəyyən edilir
- Rəqəmsallaşma ölkənin inkişaf modelinin əsas dayağıdır
- İH aydınlıq gətirdi: "Göyərçin" abidəsinin yanında ağacların kəsilməsi...
- Cərimənin məcburi qaydada tutulması qaydası dəyişir