Mühüm tədbirin gözəl təşkilatçılığına və qonaqpərvərliyinə görə Azərbaycana təşəkkür edirəm.
BUTA.TV-ın məlumatına görə, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə çıxışı zamanı deyib.
“Azərbaycan Prezidenti İlham Əliyevə liderliyinə, çoxtərəfli əməkdaşlığa təşviq etdiyinə görə təşəkkür edirəm. Yeni təşkilat olmağımıza baxmayaraq, Birləşmiş Millətlər Təşkilatı ilə geniş əlaqələrimiz mövcuddur. Həmçinin, pandemiyanın ilk günündən Ümumdünya Səhiyyə Təşkilatı ilə əlaqələrimiz oldu”,- deyə o əlavə edib.
Qeyd edək ki, martın 2-də Bakı şəhərində Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilir. Görüşdə 70-ə yaxın ölkənin dövlət və hakimiyyət rəhbərləri, Bosniya və Herseqovina, Türkmənistan, Özbəkistan, İraq və Liviyanın prezidentləri; Kuba, Qabon, Tanzaniyanın vitse-prezidentləri; Əlcəzair və Keniyanın baş nazirləri; müxtəlif ölkələrin yüksək vəzifəli nümayəndəəri, habelə beynəlxalq təşkilatların rəhbərləri - Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili, Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Antonio Vitorino, BMT-nin Cenevrə ofisinin baş direktoru Tatyana Valovaya, İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Xusrav Noziri, nazirlər, nazir ümavinləri, səfirlər və digər rəsmi şəxslər iştirak edirlər.
- Bakıda motosikleti təhlükəli sürən sürücü saxlanıldı
- Argentina İordaniyanı məğlub etdi - Yenilənib
- Bu gecə hər ikisi meydana çıxacaq
- Pensiya və müavinətlərlə bağlı mühüm xəbər
- Daha bir azərbaycanlı Ukraynada həlak oldu
- Xəstəliyi ilə bağlı bunları yazdı - “Heç nə kömək etmir...”
- Şamaxıda Ağsu çayı daşdı - İnsanlar yollarda qaldı-Video
- Hidayət Heydərov tənqidlərə tatamidə cavab verdi - “Bezdirmisiniz”-Foto