Ermənistan Rusiyaya sanksiyalardan yayınmağa kömək etmir.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Almaniya kansleri Olaf Şoltzla birgə mətbuat konfransında çıxışında deyib.
"Biz demokratik ölkə və şəffaflığın çox vacib olduğu bir ölkə olaraq bütün Qərb tərəfdaşlarımıza bu məsələdə şəffaf olmağa hazır olduğumuzu bəyan etmişik və bəyan etməkdə davam edirik", - Paşinyan bildirib.
Erməni baş nazir əlavə edib ki, ölkəsi Avropa Birliyi ilə iqtisadi əlaqələri malikdir və idxal-ixrac prosesində fəal iştirak edir:
“O ki qaldı sanksiyalardan yan keçməkdən danışsam, vurğulamalıyam ki, bu, sadəcə söhbətdən başqa bir şey deyil. Həqiqət isə əksinədir. Ermənistanı kölgəli fəaliyyətdə ittiham etmək olmaz”, - Paşinyan bildirib.
- Bakıda motosikleti təhlükəli sürən sürücü saxlanıldı
- Argentina İordaniyanı məğlub etdi - Yenilənib
- Bu gecə hər ikisi meydana çıxacaq
- Pensiya və müavinətlərlə bağlı mühüm xəbər
- Daha bir azərbaycanlı Ukraynada həlak oldu
- Xəstəliyi ilə bağlı bunları yazdı - “Heç nə kömək etmir...”
- Şamaxıda Ağsu çayı daşdı - İnsanlar yollarda qaldı-Video
- Hidayət Heydərov tənqidlərə tatamidə cavab verdi - “Bezdirmisiniz”-Foto