“Altılıq” 12-ci dəfə görüşdü: Ərdoğanın qarşısına kim çıxarılır?

00:04 - 3 Mart 2023 - GÜNDƏM

 “Altılıq” 12-ci dəfə görüşdü: Ərdoğanın qarşısına kim çıxarılır?

“Altılı masa” Ərdoğanın qarşısına çıxaracaqları vahid namizədi müəyyən etmək üçün toplandıqları 12-ci görüşdə də konkret nəticə əldə edə bilmədi: yazılı açıqlamada “namizədin” müəyyən edildiyi və martın 6-da açıqlanacağı qeyd olunur.

Hərçənd, masada fikir ayrılığının olduğu haqda da məlumatlar var, xüsusilə namizəd olmaq istəyən Kılıçdaroğluna qarşı Akşənər dirəniş göstərir. CHP-çilərin açıqlamaları müəyyən edilən, lakin hələ də gizli saxlanılan “vahid namizədin” Kılıçdaroğlu olduğu yönündədir, İYİ Partiya mənsubları isə görüşdən sonra “millət 5-dən böyükdür” sözləri ilə razılaşmadıqlarının mesajını verirlər. Maral Akşənərin Fox TV-yə son müsahibəsi də göstərdi ki, CHP və İYİ Partiya arasındakı gərginlik seçki öncəsi müxalifətin ittifaqına təsir edəcək. Hətta ayrılığın olacağı gözləntiləri də var.

Bu mənzərə ən çox Ərdoğanın xeyrinədir. Türkiyə seçicisində isə “altı adam öz aralarında seçim edə bilmir, ölkəni necə idarə edəcəklər” rəyi güclənir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol