Paşinyan və komandası Ermənistanın daxili gündəmindən Qarabağ mövzusunu çıxarır. Dünən müxalifət fraksiyalarının iştirak etmədiyi növbəti hökumət saatında Qarabağla bağlı yalnız bir sual verilib.
BUTA.TV xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
“Deputat Emma Petrosyan sülh müqaviləsinin, daha dəqiq desək, Ermənistanın Azərbaycana təqdim etdiyi təklifin taleyi ilə bağlı sual verib və buna cavab olaraq Paşinyan bildirib ki, Azərbaycan ona təqdim olunan sülh sazişi layihəsinə hələ cavab verməyib. Əvəzində təxminən saat yarım ərzində demokratiya, polisdə islahatlar, təhsil və səhiyyə, cinsiyyətə görə abortun qadağan olunması məsələsinə qədər müzakirələr aparıblar”, - məlumatda deyilir.
- Məşhur polkovnik işdən çıxarıldı, yerinə o gətirildi
- Fevralda yaz havası neçə gün davam edəcək?
- Ata Abdullayev azadlığa çıxdı
- “RobotChallenge 2026”: Seçim mərhələsinin hazırlıq işləri davam edir
- Prezident tapşırığı: Tədris proqramında dəyişiklik olacaq?
- “Şərq-Qərb” fəaliyyətini dayandırır? - Açıqlama
- Musa Şəkiliyevin həbs müddəti uzadıldı
- Kəlbəcərdə itkin düşən şəxsin 33 il sonra nəşi tapıldı - Foto