Bryansk regionundakı hücumlara görə, ABŞ məsuliyyət daşıyır.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.
“Amerika silahlarının hər yeni partiyasında Kiyev cinayətkarları özünü daha toxunulmaz hiss edir. ABŞ-ın dəstəyindən ilham alaraq Bryanskda terror hücumu törədirlər. Mülki şəxsləri vuranların arxasında Vaşinqton dayanır. Qurbanların qanı artıq ABŞ-ın əlindədir”, - deyə diplomat bildirib.
Qeyd edək ki, ötən gün ukraynalı diversantlar Rusiyanın Bryansk vilayətinə hücum etmişdi.
- Mehriban Əliyevanın təşəbbüsü ilə uşaqlar üçün əyləncə tədbiri keçirildi - Fotolar+Video
- Həbsdə olan güneyli milli fəalın vəziyyəti pisləşdi
- Tramp MKİ direktorunun Moskvaya səfərindən danışdı
- Nepalda daşqınlar: ölənlərin sayı 95-ə çatdı
- 1645-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
- Xamenenin öldüyünü düşünmürəm - Tramp
- Prezident ailəsinin səmimi - Fotosu
- ABŞ bundan heç nə qazanmayacaq - Pezeşkian