BƏƏ OPEK-dən çıxmaq niyyətində deyil.
BUTA.TV xəbər verir ki, bu barədə “Blumberq” agentliyi “Voll Strit Junal”ın xəbərini təkzib edən BƏƏ-nin bir neçə yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.
Agentliyin mənbələrindən birinin bildirdiyinə görə, BƏƏ səlahiyyətliləri bir neçə ildir ki, hansı ittifaqların ölkənin uzunmüddətli maraqlarına daha uyğun olacağını düşünür və zaman-zaman həqiqətən də OPEK-dən çıxmaq məsələsini gündəmə gətirirlər. Buna baxmayaraq, hazırda BƏƏ alyansı tərk etmək niyyətində deyil, çünki belə bir qərarın mənfi cəhətləri müsbət tərəflərini üstələyir.
“Əgər BƏƏ qəfildən OPEK-dən çıxsa, bu, təkcə ölkənin ən böyük ticarət tərəfdaşlarından biri olan Səudiyyə Ərəbistanı ilə deyil, həm də Fars körfəzindəki Küveyt və İraq kimi digər müttəfiqləri ilə siyasi fikir ayrılığına səbəb ola bilər”.
Qeyd edək ki, “Voll Strit Jurnal” adı açıqlanmayan mənbələrə istinadla, BƏƏ-də neft hasilatını artırmaq üçün OPEC-dən çıxmaq ehtimalı ilə bağlı daxili müzakirələr apardığını bildirmişdi.
- Fransanın ölkəmizdəki səfirinin diplomatik fəaliyyəti başa çatdı
- Bakı qarşısında belə bir öhdəlik götürməmişik - Mirzoyan
- Əliyevin məktubu oxunanda Sərkisyan başını aşağı saldı...
- Ölkəmiz regional orta güc dövlətinə çevrilib - Bayramov
- Ermənistanı anlatmaq üçün çox vaxt və səy sərf etdik... - Prezident
- Təbrizdə 24 yaşlı qadın edam edildi
- Digər ölkələri qazla təchiz edə bilərik - İlham Əliyev
- O, mənim kimi eyni qanı daşıyır - Prezident