Qarabağdakı separatçılara və silahlı erməni dəstələrinə cəsarət verən Ermənistana gələn AB missiyasıdır. Məqsədləri isə Ukraynada olduğu kimi, Qarabağı Qərblə Rusiya, Azərbaycan və Ermənistan arasında toqquşma bölgəsinə çevirməkdir.
Bu sözləri BUTA.TV-a Qarabağın bir hissəsində məskunlaşan rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında və onların müşahidə məntəqəsinin yaxınlığında qeyri-qanuni erməni silahlı dəstələrinin döyüş mövqeyi inşa etməsi haqqında danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.
General Ermənistanın AB ilə birlikdə Qarabağda Rusiyanın quyusunu qazdığını qeyd edib:
“Rusiya isə hazırda Ukraynada bataqlığa saplanıb və heç bir hərəkət edə bilmir. Çünki Ermənistanın AB ilə birlikdə ona quyu qazdığını bilir. Əgər Rusiya hazırkı mərhələdə hansısa radikal addımlar atsa, AB-nin maraqlarına xidmət etmiş olacaq. Ukraynada düşdüyü ağır vəziyyət onun əl-qolunu bağlayıb. Yəni AB Rusiyanın proseslərə hər hansı aktiv müdaxiləsindən fürsət kimi istifadə edəcək. Hadisələrin fərqli şəkildə inkişafı halında Rusiya heç nə edə bilməyəcək. Hətta Gümrüdəki əsgərlərin bir qismi də Ukraynada müharibəyə cəlb olunub”.
Yücel Karauz Azərbaycanın Qərblə Rusiyanın toqquşması fonunda daha səbirli, təmkinli və düşünülmüş addımlar atmalı olduğunu vurğulayıb:
“Fikrimcə, Azərbaycan indiki vəziyyətdə həmişəki kimi səbirli olmalı, gözləməli, addımlarını Qərb ilə Rusiya arasındakı mənfəət toqquşmasını diqqətlə izləyərək atmalıdır. Çünki kənarda Azərbaycanın tələskən addımlar atmasını gözləyənlər var. Azərbaycan Qarabağdakı ermənilərlə birbaşa ünsiyyətlə bağlı fəaliyyətini genişləndirərək davam etməlidir. Onlara Azərbaycan vətəndaşlığını qəbul edəcəkləri təqdirdə digər vətəndaşlar kimi hüquqlarının dövlət təminatı altına alınacağı izah edilməlidir. Əgər aparılan fəaliyyət uğurla nəticələnsə, Xankəndidəki separatçılara etimad azalacaq, bu onların parçalanmasına və sonda sıradan çıxmasına səbəb olacaq”.
- KTMT Qarabağda İrəvanın tərəfində vuruşmamalı idi...
- Moskvanın Ərdoğana sualları olacaq: əslində nə baş verir?
- Suriyada hücumun arxasında Türkiyə dayanır? - Atabəy
- Bakını hədəfə alan qız Türkiyədə elə sözlər dedi ki... - Foto
- Dudanın Azərbaycan sərhədinə gəlişi... - Markov
- Hədəfimiz Azərbaycandır: iki qardaş xalq... - İranlı nazir
- Ermənistan himnimizə də göz dikdi: "Üç rəngli..."
- Qərbin hücumu və Bakıda qırılan “100 milyard” tilsimi