Atamın ürəyindən heç vaxt şikayəti olmayıb. Son gün xəstəxanaya müraciət edəndə düşünürdü ki, ağrı mədəsindədir.
BUTA.TV xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında mərhum ilahiyyatçı Hacı Şahinin oğlu Hüseyn Həsənli deyib.
2016-cı ildən ürəyində problem olduğu barədə yayılan məlumatlara Hüseyn Həsənli belə cavab verib:
"Xeyr, yalan məlumatdır, bir ara mədəsində problem yaranmışdı, həmin gün də elə bilib yenə ağrı mədəsindəndir. Lakin həkim müayinəsi zamanı məlum olub ki, ürəyində problem var. Xəstəxanadan evə gecə gəldi. Gələndən sonra atamla danışdıq. Hər şeydən söhbət etdik, ölüm barədə də danışdı. Dedi mənim üçün ölüm asandır".
O, qardaşı Səccadın hələ də atasının ölümündən xəbərsiz olduğunu söyləyib:
"Bizə çox yaxşı ata idi. Daim ata kimi gözəl məsləhətlər verirdi, insanlara xidmət etməyi tövsiyə edirdi. Ən uca və ali məqamı insanlara xidmətdə görürdü. Deyirdi ki, insanlara xidmət etməklə ucalırsan. Evimizin nuru idi, həmişə başımızın üzərində idi. Allah bizə səbr versin. Böyük və ağır itkidir, tək ailəmizə yox, bütün millətə...".
- Ukrayna “Wildberries”in daha bir anbarını yandırdı - Video
- Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - Fotolar
- “20-dən çox sakinin yolunu bağlayıb ev tikirlər...” - Polkovnik-leytenant şikayətçidir
- Polyakların Ukrayna ilə bağlı fikirləri niyə dəyişdi?
- Köçəryanın oğlu həbs edildi
- İrəvan KTMT-dən çıxsa, həssas vəziyyətə düşəcək - Nahapetyan
- “Bizim immiqrantlara ehtiyacımız var”
- Budanov açıqladı: Ukraynanın ən çox ehtiyac duyduğu...