Almaniya Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir.
BUTA.TV xəbər verir ki, bu barədə Almaniya Prezidenti Frank-Valter Ştaynmayer martın 14-də Azərbaycan Prezidenti İlham Əliyev ilə geniş tərkibdə görüşdə çıxışı zamanı bildirib.
Almaniya Prezidenti qeyd edib ki, dövlət başçısı ilə görüşdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh müqaviləsinin imzalanması ilə bağlı müzakirələr aparılıb və o, sülh müqaviləsinin imzalanacağına ümidvardır.
Frank-Valter Ştaynmayer Almaniyanın Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin apardığı missiyaya dəstək verdiyini qeyd edib, bu əsnada tezliklə Brüsseldə görüşün keçiriləcəyinə ümidvar olduğunu deyib. Almaniya Prezidenti əlavə edib ki, Şarl Mişelin missiyasına hər iki tərəfin etimadı var. O həmçinin Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinkinin də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə ciddi dəstək və töhfə verdiyini bildirib.
Frank-Valter Ştaynmayer Almaniyanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini vurğulayıb.
- Mehriban Əliyevanın təşəbbüsü ilə uşaqlar üçün əyləncə tədbiri keçirildi - Fotolar+Video
- Həbsdə olan güneyli milli fəalın vəziyyəti pisləşdi
- Tramp MKİ direktorunun Moskvaya səfərindən danışdı
- Nepalda daşqınlar: ölənlərin sayı 95-ə çatdı
- 1645-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
- Xamenenin öldüyünü düşünmürəm - Tramp
- Prezident ailəsinin səmimi - Fotosu
- ABŞ bundan heç nə qazanmayacaq - Pezeşkian