Yüksək sürətli dəmiryol xəttindən Türkiyənin digər bölgələri də faydalanacaq.
BUTA.TV xəbər verir ki, bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Kayseridə mitinqdə çıxışı zamanı deyib.
“Bu xətti, Ərzincana, Ərzuruma, Ağrıya qədər uzadacağıq. İnşallah oradan Bakı-Tiflis xəttinə birləşdirəcəyik. Yəni, bu xətlə dünya miqyasında strateji “nəfəs borusu” açacağıq. Yəni Londandan çıxan biri ölkəmiz üzərindən Pekinə qədər gedə bilər. Əlbəttə, bütün bunlar CHP rəhbəri kimi Can Azərbaycanı kənarda qoyaraq deyil, azərbaycanlı qardaşlarımla çiyin-çiyinə edəcəyik. Necə ki, 30 il sonra Qarabağı azad etdiksə, hər sahədə əməkdaşlığı gücləndirdiksə, azərbaycanlı qardaşlarımla infrastrukturumuzu da birləşdirəcəyik”, - deyə dövlət başçısı bildirib.
- Tiflisə getmək istəyənlərə sevindirici xəbər
- Türkiyədəki səfirimiz o oldu - Foto
- Azərbaycanın İtaliyadakı səfiri geri çağırıldı
- Prezident təsdiqlədi: 20 manatlıq dövlət rüsumu ləğv edildi
- Türkiyədən geri çağırıldı - Özbəkistana səfir təyin edildi
- Prezident 2 fərman imzaladı
- Nazir bu teatra direktor təyin etdi
- AAYDA-ya məxsus şirkət ləğv olundu