Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlıq çox uğurla inkişaf edir, Rusiya assosiasiyanın bütün üzv ölkələri ilə qarşılıqlı əlaqəni yüksək qiymətləndirir və münasibətləri tərəfdaşlıq prinsipləri əsasında qurur.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Aİİ ölkələri liderlərinin bugünkü toplantısında deyib.
Qazaxıstan Prezidenti Tokayevin sözlərinə istinad edən Rusiya lideri Aİİ-də əsas benefisiarın Ermənistan olduğunu bildirib:
“Çünki Ermənistan ən yüksək iqtisadi artım tempinə malikdir”.
Ermənistan Baş naziri Paşinyan Putinin sualını cavablandırarkən bildirib ki, ölkədə ÜDM artımı 12,1% təşkil edir.
"Bu, çox ciddi rəqəmdir, çox ciddidir”, - deyə Putin Paşinyana bildirib.
- Kərimlinin saxlanılma səbəbi: 12 il öncə nə baş vermişdi?
- Əli Kərimlinin saxlanılması ilə bağlı yeni məlumat
- Cəmil Həsənli hava limanından geri qayıtdı - DTX-yə çağırıldı
- Gültəkin Bakıya göndərilir: daha iki şəxs saxlanacaq
- Gültəkin Hacıbəyli Türkiyədə saxlanıldı: deport edilir
- Azərbaycan Qahirədə mühüm iclasda təmsil olunacaq
- 14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür
- Əli Kərimlinin evindən Ramiz Mehdiyevin məktubu tapıldı