Şebekino şəhərinə (Belqorod vilayəti) kütləvi zərbələr endirilib. Zərbə yerli vaxtla saat 03:15-də endirilib, 4 nəfər yaralanıb.
BUTA.TV xəbər verir ki, bunu Rusiyanın Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov deyib.
“Qrad mərmiləri 8 çoxmənzilli, 4 fərdi təsərrüfat, o cümlədən məktəb və 2 inzibati binanın pəncərələrini sındırıb, fasadları və dam örtüyünü deşib. Bir mağaza tamamilə yanıb. 12 avtomobildə müxtəlif zədələr var. Bu gündən başlayaraq biz uşaqları Şebekino və Qrayvoron rayonlarından çıxarırıq. Bu gün üç yüz uşaq Voronejə göndəriləcək”, - o bildirib.
Rusiyanın Kursk vilayətinin qubernatoru Roman Starovoit isə Qluşkovski rayonunun Tyotkino kəndinin yenidən Ukrayna tərəfindən atəşə tutulduğunu bildirib:
“Bu səhər biz 2 dəfə atəşə tutulduq. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb. Elektrik xətləri zədələndiyi üçün bəzi küçələrdə işıq yoxdur. Təmir briqadaları təhlükəsiz olan kimi bərpa işlərinə başlayacaqlar. Frunze küçəsində 4 evin dam örtüyü və fasadları qəlpələrdən zədələnib, pəncərələri sındırılıb. Bundan başqa, 2 avtomobilə ziyan dəyib”.
- Azərbaycan bu seçkilərdə qələbə qazandı
- Anar Abdullayev həbs olundu
- “Atam öz əcəli ilə ölməyib, intihar edib” - Məktub üzə çıxdı
- Könülün ölümü ilə bağlı cinayət işi açıldı
- Azərbaycan Ukraynaya indiyədək 42 milyon dollarlıq yardım edib
- Rusiyanın Azərbaycana qarşı şaftalı savaşına Belarus da qoşuldu
- Xameneinin Azərbaycana nifrətinin əsl səbəbi - İsrail KİV
- BƏƏ-də tarixi görüş: İranın “qırmızı xətti” artıq yoxdur!