Ukraynada bu tapşırıq yerinə yetirildi – Peskov

13:04 - 18 İyun 2023 - GÜNDƏM

 Ukraynada bu tapşırıq yerinə yetirildi – Peskov

Ukraynanın demilitarizasiyası tapşırığı faktiki olaraq yerinə yetirilib.

BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov RT kanalına müsahibəsində deyib.

O bildirib ki, Ukrayna getdikcə öz silahlarından daha az istifadə edir:

“Ukrayna xüsusi əməliyyat başlayan ərəfədə ciddi şəkildə silahlanmışdı. Ötən gün Vladimir Putinin də dediyi kimi, tapşırıqlardan biri demilitarizasiya idi. Faktiki olaraq bu tapşırıq böyük ölçüdə icra edilib, çünki Ukrayna öz silahından çox az istifadə edir. Hazırda Ukraynanın istifadə etdiyi silahların böyük əksəriyyəti Qərbin verdikləridir”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol