Qərbi Azərbaycan İcması BMT nümayəndələri ilə görüşdü

15:58 - 18 İyun 2023 - GÜNDƏM

 Qərbi Azərbaycan İcması BMT nümayəndələri ilə görüşdü

Ermənistandan çıxarılan azərbaycanlı qaçqınları özündə birləşdirən və onların geri qayıdış hüququnun müdafiəsi ilə məşğul olan Qərbi Azərbaycan İcması, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) ölkəmizdəki nümayəndələri ilə görüşüb.

BUTA.TV xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının Feysbuk səhifəsində məlumat verilib.

Bildirilib ki, qayıdış prosesinin həyata keçirilməsində beynəlxalq dəstəyin əhəmiyyətinə önəm verən İcma daha əvvəl BMT və onun ixtisaslaşmış qurumlarının bu prosesə yardım etməsi çağırışı ilə Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə müraciət etmişdi.

Görüş zamanı bir sıra mövzular, o cümlədən repatriasiya, reinteqrasiya, qaçqınların problemlərinin həlli, qarşıdan gələn Ümumdünya Qaçqınlar Günü ilə bağlı fikir mübadiləsi aparılıb.

Bu xəbər hal-hazırda çox oxunur
Rusiyada bu qurum Azərbaycana müraciət etdi

Qərbi Azərbaycan İcması BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığını dünyada qaçqınların hüquqları və rifahını qorumaq öhdəliyinə sadiq qaldığına görə təqdir edirb


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol