Bakıda və Abşeron yarımadasında iyunun 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, şimal-şərq küləyi səhər arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 26-29° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 16-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacaq.
- Rusiya Bakıya heyət göndərir: Putinin şəxsi mesajı...
- Rusiyada bu qurum Azərbaycana müraciət etdi
- Mirziyayevin Azərbaycana səfəri əhəmiyyətlidir, çünki...
- Rusiyadan Azərbaycana gələn turist sayında azalma var?
- Bakı-Moskva gərginliyi: Ərdoğanın bu sözləri Putinədir
- Xankəndidə Şimali Kiprin bayrağının asılması... - Tatar
- Əliyevlə danışdım: Suriya ilə bağlı buna hazırdır
- Ərdoğandan Bakı-Moskva gərginliyinə münasibət