Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən BUTA.TV-a verilən məlumata görə, görülən tədbirlər çərçivəsində “Baku Food House” MMC tərəfindən Rusiya Federasiyasından idxal olunan “Stavropolskiy Broyler” MMC-nin istehsalı olan 20338 kiloqram dondurulmuş toyuq hissələri məhsulundan götürülmüş nümunələrin müayinələri nəticəsində salmonella aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq təhlükəli malların gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması və ya məhv edilməsi barədə qərar qəbul edilib. Verilmiş qərara əsasən həmin istehsalçının məhsulunun idxalına müvəqqəti qadağa qoyulub və idxalçı ölkənin aidiyyəti qurumuna müvafiq bildiriş göndərilib.
- AQTA-nın cavabı güldürdü: Heyvan rifahı...
- MİQ imtahanlarının vaxtı açıqlandı
- Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satıldı
- Sabah 37 dərəcə isti olacaq
- Yeni Konstitusiyanın mətni ilin sonunadək dərc olunacaq - Paşinyan
- Türkiyədə naxçıvanlı sərnişini vəhşicəsinə döydülər - Video
- Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub
- Çinə getmək istəyənlərə şad xəbər