Son bir neçə gün ərzində ukraynalı diplomatların Macarıstan tərəfindən rus əsirliyindən qaytarılmış Ukrayna vətəndaşları ilə birbaşa əlaqə yaratmaq üçün bütün cəhdləri nəticə verməyib.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko məlumat verib.
O qeyd edir ki, Macarıstanın Ukrayna hökumətinin və ya beynəlxalq insan haqları təşkilatlarının xəbəri olmadan Rusiyadan təxliyə etdiyi 11 ukraynalı hərbi əsirinin vətənə qayıtması üçün hər şey edilir:
"Əslində onlar təcrid olunmuş vəziyyətdə saxlanılır, açıq məlumat mənbələrinə çıxışı yoxdur, onların qohumları ilə ünsiyyəti üçüncü şəxslərin iştirakı ilə baş verir, onlara Ukrayna səfirliyi ilə əlaqə saxlamaqdan imtina edilir".
- AQTA-nın cavabı güldürdü: Heyvan rifahı...
- MİQ imtahanlarının vaxtı açıqlandı
- Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satıldı
- Sabah 37 dərəcə isti olacaq
- Yeni Konstitusiyanın mətni ilin sonunadək dərc olunacaq - Paşinyan
- Türkiyədə naxçıvanlı sərnişini vəhşicəsinə döydülər - Video
- Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub
- Çinə getmək istəyənlərə şad xəbər