Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu, Böyükdüz kəndi ərazisində taxıl zəmisində yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən BUTA.TV-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilən operativ tədbirlər sayəsində taxıl zəmisində baş vermiş yanğın qısa müddətdə söndürülərək genişlənməsinə və ətraf sahələrə yayılmasına imkan verilməyib.
Yanğın nəticəsində ümumi sahəsi təxminən 4 hektar olan taxıl zəmisinin 0,5 hektar biçilmiş və 0,3 hektar biçilməmiş hissəsi yanıb.
Zəminin böyük hissəsi və bitişik sahələr yanğından mühafizə edilib.
- AQTA-nın cavabı güldürdü: Heyvan rifahı...
- MİQ imtahanlarının vaxtı açıqlandı
- Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satıldı
- Sabah 37 dərəcə isti olacaq
- Yeni Konstitusiyanın mətni ilin sonunadək dərc olunacaq - Paşinyan
- Türkiyədə naxçıvanlı sərnişini vəhşicəsinə döydülər - Video
- Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub
- Çinə getmək istəyənlərə şad xəbər