Ukrayna "ətçəkən" taktikasından istifadə etmir - Reznikov

08:18 - 20 İyun 2023 - GÜNDƏM

 Ukrayna

Ukrayna hərbçiləri “ətçəkən” taktikasından istifadə etmirlər. Bu onunla əlaqədardır ki, hərbi komandanlıq insan resurslarını qiymətləndirir.

BUTA.TV xəbər verir ki, bu sözləri Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib.

O bildirib ki, Ukrayna SQ-nin itkiləri Rusiya ordusunun itkilərindən dəfələrə azdır.

Nazir itkilərlə bağlı dəqiq məlumat verməkdən imtina edib.

Bu xəbər hal-hazırda çox oxunur
Ərdoğandan Bakı-Moskva gərginliyinə münasibət

Reznikov ordunun texnika cəhətdən də itkilərlə qarşılaşdığını əlavə edib və söyləyib ki, Rusiyanın Ukraynanın texnika kolonunu vurması xəbərləri həqiqəti əks etdirmir:

“Rusiyanın təbliğat kanallarına baxdıqda, sizə xeyli vurulmuş Ukrayna texnikaları göstərirlər. Mənim tövsiyəm: OSINT (açıq mənbələrdən araşdırmalar – red.) mütəxəssislərinə müraciət edin, onlar indi çoxdurlar”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol