Almaniya Prezidenti Frank-Valter Staynmayer, Qazaxıstanın Baş naziri Alixan Smailov və Kurık limanının direktoru Serik Axmetov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Kurık limanına yan almış "RoPax" tipli “Zərifə Əliyeva” gəmi-bərəsində olub.
ASCO-dan BUTA.TV-a verilən məlumata görə, Almaniyanın dövlət başçısına gəmi-bərənin ASCO-nun donanmasındakı digər bərələrlə birgə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşıma zəncirinin inkişafında mühüm rol oynadığı bildirilib.
Gəminin kapitanı Təhmiraz İsmayılov Frank-Valter Staynmayerə bildirib ki, “Zərifə Əliyeva” gəmi-bərəsi Azərbaycanda istehsal olunub, yükgötürmə qabiliyyətinə görə Xəzərdə hazırda mövcud bərələrdən böyük olmaqla, 100 sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avtomobili/TİR daşımaq imkanına malikdir.
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin dəvəti ilə Almaniya prezidenti Frank-Valter Ştaynmayer Qazaxıstana rəsmi səfərə gəlib.
- 6 ayda 288 kriminal qrup zərərsizləşdirildi
- Prezident fərman imzaladı
- Arzum üçün imza toplanır - Foto
- “Uşaqlar izləsə, görəcəklər ki, 80% telefonla məşğuldur”
- Daha bir azərbaycanlı diaspor rəhbəri Rusiya vətəndaşlığından çıxarıldı
- AZAL 2026-cı ilin ilk yarısını müsbət nəticələrlə başa vurdu
- 18-i ərini, 2-si isə xanımını təmsil etdi - Fotolar
- Tramp niyə Anıtqəbiri ziyarət etmədi? - Engin Özər