6 ayda 288 kriminal qrup zərərsizləşdirildi

16:57 - 9 İyul 2026 - GÜNDƏM

 6 ayda 288 kriminal qrup zərərsizləşdirildi

Bu ilin ilk 6 ayı ərzində mütəşəkkil cinayətkarlıqla mübarizə tədbirləri çərçivəsində 288, o cümlədən ağır və xüsusilə ağır cinayətlər törətmiş 104 kriminal qrup zərərsizləşdirilib.

BUTA.TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin 6 ayın yekunlarına həsr olunan kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, həmin müddətdə qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 70 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Eyni zamanda 3 088 odlu silah, 337 qumbara və 99 mindən çox patron aşkarlanıb.

Bu xəbər hal-hazırda çox oxunur
Samuxda ağır qəza - 3 nəfər öldü - Yenilənib

Bundan başqa, diqqətə çatdırılıb ki, hesabat dövründə qeyri-leqal dövriyyədən ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 ton 360 kiloqram çox, yəni 4 ton 318 kiloqram narkotik vasitə çıxarılıb, qanunsuz kultivasiya edilən və yabanı halda bitən 254 tondan artıq çətənə və xaş-xaş kolu aşkarlanıb məhv edilib. Bu növ əməllərə görə 41 cinayətkar qrup zərərsizləşdirilib, 2.652 şəxs cinayət məsuliyyətinə cəlb olunub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol