Tovuzda qonşular arasında dava: yaralılar var

00:02 - 20 İyul 2023 - GÜNDƏM

 Tovuzda qonşular arasında dava: yaralılar var

Tovuz rayonunun Düz Cırdaxan kəndində qonşular arasında ot bağlaması üstündə dava olub, xəsarət alanlar var.

BUTA.TV Report-a istinadən xəbər verir ki, 1983-cü il təvəllüdlü R.Quluyev mübahisə zəminində ağac parçası ilə döyülərək müxtəlif xəsarətlər alıb.

Münaqişə zamanı 1971-ci il təvəllüdlü S.Musayeva da xəsarət alıb.

Yaralıların hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol