AB Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsi və Ukraynadakı münaqişənin geosiyasi nəticələrindən sonra Türkiyə ilə konstruktiv əməkdaşlıq etməyə çağırır.
BUTA.TV xəbər verir ki, bu barədə Britaniyanın “Faynənşl Tayms” qəzeti AB-nin diplomatik sənədinə istinadən məlumat yayıb.
“AB Türkiyə ilə münasibətlərdə təsirini gücləndirməyə və artırmağa diqqət yetirə bilər. Dəyişən geosiyasi kontekst fonunda AB-Türkiyə münasibətlərində yaxın və orta müddətli perspektivdə irəliləyişin müzakirə edilməsi vacibdir”, - məlumatda deyilir.
Qeyd olunur ki, viza rejiminin liberallaşdırılması və Türkiyənin blokun Gömrük İttifaqında iştirakı ilə bağlı irəliləyişlər də mümkündür:
“Lakin bunun üçün Ankara məlumat mübadiləsi və antiterror qanunvericiliyi, eləcə də Brüsselin proteksionist hesab etdiyi ticarət məsələləri ilə bağlı tədbirlər görməlidr”.
- Sabahın havası bu insanlar üçün əlverişlidir
- Xaçmazda elektrik dirəyindən yıxılan kişi öldü
- 50 il əvvəl basdırılan “zaman kapsulu” açıldı
- MN həftəlik icmalını təqdim etdi - Video
- “Gözümə gün düşdü” - Aşan avtobusun sürücüsü danışdı+Video
- Prezident Qətər Əmirinə başsağlığı verdi
- I və IV qruplara imtahanlar keçirildi
- Sabah çimərliklərdə hava necə olacaq?