Bakıda bu marşrut xətti də “Bakı Bus”a verildi

18:30 - 20 İyul 2023 - GÜNDƏM

 Bakıda bu marşrut xətti də “Bakı Bus”a verildi

Bakıda "Savalan" yaşayış massivi - "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində sərnişindaşımanı həyata keçirən 139 nömrəli müntəzəm marşrut xətti müsabiqəyə çıxarılıb.

Bu barədə BUTA.TV-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Müsabiqənin nəticələrinə əsasən, Bakı Bus MMC qalib gəlib.

"İyulun 24-dən bu xətt üzrə daşımalar müasir, sərnişindaşıma tələblərinə tam cavab verən avtobuslarla həyata keçiriləcək. Bu dəyişiklik sayəsində ümumilikdə marşrutdan istifadə edən 12 000 nəfərdən artıq sakinin keyfiyyətli ictimai nəqliyyatdan istifadə imkanları təmin ediləcək və ictimai nəqliyyata əlçatanlığı əhəmiyyətli dərəcədə yaxşılaşacaq", - Agentliyin məlumatında deyilir.

Bu xəbər hal-hazırda çox oxunur
Bəylər Eyyubov yeni vəzifədə

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol