Qırğızıstanın Kiyevdəki səfiri İdris Kadırkulov Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfirə bildirilib ki, Qırğızıstan dünya birliyinin üzvü kimi Rusiyaya qarşı beynəlxalq sanksiya siyasətinə əməl etməlidir.
"Hərbi texnikanın təchiz edilməsi üçün istifadə oluna bilən malların Qırğızıstan ərazisindən Rusiyaya ixracı Ukrayna tərəfindən təcavüzkar müharibəyə dəstək məqsədi daşıyan qeyri-dost hərəkət kimi qiymətləndiriləcək", - XİN-dən verilən açıqlamada bildirilib.
- Samur-Abşeron kanalında 1 nəfər batdı
- Sabahın havası bu insanlar üçün əlverişlidir
- Xaçmazda elektrik dirəyindən yıxılan kişi öldü
- 50 il əvvəl basdırılan “zaman kapsulu” açıldı
- MN həftəlik icmalını təqdim etdi - Video
- “Gözümə gün düşdü” - Aşan avtobusun sürücüsü danışdı+Video
- Prezident Qətər Əmirinə başsağlığı verdi
- I və IV qruplara imtahanlar keçirildi