Ermənilər İran hökumətinin dəstəyi ilə Tehranda Azərbaycana qarşı aksiya keçiriblər.
BUTA.TV xəbər verir ki, erməni kilsəsinin önünə toplaşan aksiya iştirakçıları Azərbaycan Respublikasının guya Qarabağın ermənilər yaşayan hissəsini mühasirədə saxladığını iddia ediblər.
Aksiyada iştirak edən ermənilər əllərində “NATO-nun Turan dəhlizinə yox”, “Artsax”ın mühasirəsinə son verilsin”, “Bakının Qafqazdakı hegomonluğuna yox”, “Qafqazda erməni xalqının təhlükəsizliyi təmin edilməlidir” və başqa bu kimi şüarlar yazılan plakatlar qaldırıblar.
Nümayişçilər qarşısında çıxış edən eməni keşişlər və başqaları İran rəsmilərinin Zəngəzur dəhlizi barədə iddialarını təkrar edib, İrana bununla bağlı mövqeyinə görə təşəkkür ediblər.
- Bu ərazilərdə işıq olmayacaq
- IV Şuşa Qlobal Media Forumu başlayır
- Azərbaycanlı şagirdlər Olimpiadada 5 medal qazandı
- Gəncədəki kütləvi zəhərlənmə ilə bağlı araşdırma başladı
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Nərimanovda çoxmərtəbəli binanın zirzəmisində yanğın - Sakinlər təxliyə olundu
- Bu fotoları hər kəs ən az bir dəfə görüb
- Ötən gün çimərlikdə boğulan Rəşadın - Fotosu