Səhvlərimiz üzərində yaxşı işləməliyik, rəqibə bu qədər imkan vermək olmaz.
BUTA.TV xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev Latviyada RFŞ-ə 2:0 hesabı ilə qalib gəldikəri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis qarşılaşmaya yaxşı başladıqlarını bildirib: "Çox çətin matç oldu. Mövsümdəki ilk rəsmi oyunumuz idi. Rəqib çətinliklər yaşatdı. Amma şadam ki, təzyiqə tab gətirdik və ikinci qolu vurduq. Sonda qol buraxmadan qələbə qazandıq. Hələ Bakıda daha bir 90 dəqiqə var. Cavab görüşündə daha yaxşı olmağa çalışacağıq".
Rusiyalı baş məşqçi komandanın tam optimal formada olmadığını diqqətə çatdırıb: "Latviyada çempiomat davam edir. Özü də, onlar yaxşı formadadırlar. Biz isə hələ yeni başlayırıq və demək olar ki, birdən-birə bizi "alova" atdılar (gülür). Şadam ki, futbolçular tab gətirdi. Avrokuboklarda ilk rəsmi görüşdə qələbə qazandıq. Bu, vacib idi. Amma çox istəyirəm ki, iki matçın ümumi nəticəsinə görə qələbə olsun. Qarşıda hələlik çox işimiz var".
- Azərbaycanla Pakistan arasında memorandum imzalandı
- Türkiyədən Rusiyaya sərt siyasi mesaj: Koalisiyaya qoşuldu!
- Mənə dedilər ki, Azərbaycana səfər təhlükəli ola bilər...
- Türk ordusunu hansı yolla Azərbaycana gətirmək olar?
- İlham Əliyevin hesablarında Zirvə görüşündən paylaşım - Video
- Uraloğludan Xankəndidən təsirli sözlər - Foto
- Şərif özü və Ərdoğan üçün Xankəndidən ev istədi - Video
- Şahbaz Şərifin Azərbaycana səfəri başa çatdı