Hava hücumundan müdafiə qüvvələri Kiyev və Xarkov vilayətlərində, həmçinin Dnepr şəhəri üzərində Rusiyanın qanadlı raketlərini vurub.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat məlumat verib.
“Dincəlmək hələ tezdir, çünki işğalçılar tərəfindən atılan qanadlı raketlər hələ də Ukraynanın səmasında qalır. Çox güman ki, atılanlar “Xəncər”lər və ballistik raketlərdir”, - İqnat bildirib.
Qeyd edək ki, bu gün Rusiyanın Xəzər dənizindən Ukraynaya 12 qanadlı raket atdığı barədə xəbər yayılıb.
- “Avropa Şurasından tam çıxsaq, bəlkə də bundan daha yaxşı olacaq”
- Bakıda baş verən yanğında 3 nəfər tüstüdən zəhərləndi
- “Həm Qərb, həm də Şərq qonşularımızla əlaqələrimiz əladır”
- Bunun üzərində 10 ildən artıq çalışmışıq - Prezient
- Şuşada Prezidentin iştirakı ilə Forum başladı - Yenilənir-Canlı
- Bu ərazilərdə işıq olmayacaq
- IV Şuşa Qlobal Media Forumu başlayır
- Azərbaycanlı şagirdlər Olimpiadada 5 medal qazandı